Kəlbəcər yaylaqlarına daha 2500 arı ailəsinin köçürülməsinə başlanıldı

Hazırda oxunan: Kəlbəcər yaylaqlarına daha 2500 arı ailəsinin köçürülməsinə başlanıldı

27197

Kənd Təsərrüfatı Nazirliyi (KTN) pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus arı ailələrinin köçürülməsini həyata keçirib.

KTN-dən Bizim.Media-ya verilən məlumata görə, vətəndaşların müraciətləri nəzərə alınaraq əlavə olaraq 2500 arı ailəsinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanılıb. 

Hazırda mərhələli şəkildə arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi prosesi davam edir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən KTN-in müraciəti əsasında Göygöl Regional Mərkəzində Kəlbəcər və Laçın rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin