Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Hazırda oxunan: Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

271967

Gürcüstanda Rusiya və Azərbaycan vətəndaşları narkotik vasitələrin qanunsuz idxalına görə həbs edilib.

Bizim.Media xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiya və Azərbaycan vətəndaşlarını külli miqdarda narkotik vasitələrin qanunsuz idxalı və satışı ittihamı ilə həbs ediblər.

Saxlanılan Rusiya vətəndaşı 41 yaşlı A. T., Azərbaycan vətəndaşı isə 22 yaşlı K. M.-dir.

"Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, satışının asanlaşdırılması və Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı istintaq davam etdirilir. Saxlanılanları 20 ilədək və ya ömürlük həbs gözləyir", - məlumatda bildirilir. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin