Kəskin respirator virus infeksiyaları və qrip zamanı spirtli içkilərin qəbulu xəstəliyin gedişatını əhəmiyyətli dərəcədə pisləşdirir.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı psixiatr və narkoloq Ruslan İsayev RT-yə müsahibəsində xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, spirt bir neçə səbəbdən təhlükəlidir: "Birincisi, alkoqol immun sistemini zəiflədir, virus və bakteriyalara qarşı müqaviməti azaldır. Bu isə bədənin bərpasını ləngidir və ağırlaşma riskini artırır. Bundan əlavə, spirt orqanizmdən suyu, eləcə də toxumaların bərpası və immunitet üçün vacib vitamin və mineralları çıxarır. İkincisi, dərman qəbulu zamanı alkoqolun istifadəsi xüsusilə təhlükəlidir. Araşdırmalar məhdud olsa da, mövcud məlumatlar göstərir ki, alkoqol antibiotiklərlə uyğun gəlmir. O, antibiotiklərin effektivliyini azalda, zülallara bağlanmasına mane ola, toksinlərin xaric edilməsini zəiflədə, toksik reaksiyalar və allergiya riskini artıra bilər. Üstəlik, qaraciyərə əlavə yük salır".
Mütəxəssis əlavə edib ki, antibiotik və ya virus əleyhinə dərmanlar təyin edildikdə alkoqolun istifadəsi əks göstərişdir, çünki sağalma prosesinə mane olur. Mütəxəssis əlavə edib ki, əgər insan müalicə müddətində (7-10 gün) belə spirtli içkilərdən imtina edə bilmirsə, bu, alkoqol asılılığının göstəricisidir. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:30 / 23.09.2025
Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI
Hazırda oxunan: Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI
Hazırda oxunan: Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI
271957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.