“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

Hazırda oxunan: “Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

271954

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı məşhur Haftoni meşəsində icarə müqaviləsinin şərtlərinə zidd olaraq 100 hektar ərazidə bağ salan şəxsin müqaviləsinə xitam verilməsi iddiasına Ali Məhkəmədə baxılıb.

Bizim.Media “Ecofront” səhifəsinə istinadən xəbər verir ki, iş adamı Raqib Məmmədova qarşı qaldırılan iddia təmin edilib və icarə müqaviləsi ləğv olunub.

Məhkəmənin qərarına əsasən, adıçəkilən şəxs 100 hektar meşə sahəsini geri qaytarmalıdır.

Bildirilib ki, daha öncə onun icarə müqaviləsindən kənar məhv etdiyi 27 hektar meşə ərazisi də geri qaytarılmışdı.

Qeyd edək ki, bir müddətdir “Ecofront” Haftoni meşəsinin məhv edilməsinə qarşı kampaniya aparırdı. Onların mübarizə apardığı Raqib Məmmədov Lənkərandakı asfalt zavodunun sahibidir və “Asfalt Raqib” adı ilə tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin