Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

Hazırda oxunan: Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

271947

Azərbaycanda rayonlar üzrə su qəzalarının statistikası açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb. 

Belə ki, 2025-ci il sentyabrın 22-dən 23-dək olan tarixə əsasən su qəzaları ilə bağlı aidiyyəti quruma 99 müraciət daxil olub. 

Müraciətlərin coğrafi bölgüsü göstərir ki, əhalinin ən çox su şəbəkəsi ilə bağlı problemi paytaxtın müxtəlif rayonlarında və ətraf qəsəbələrdə müşahidə olunur. Ən çox müraciət daxil olan rayonlar isə aşağıdakılardır:

Binəqədi - 20-dən çox

Sabunçu - 10-dan çox

Xətai - 10-dan çox

Nərimanov - 8 və yuxarı

Suraxanı - 8 və yuxarı

Yasamal - 5 və yuxarı

Qaradağ - 5 və yuxarı

Səbail - 5 və yuxarı

Sumqayıt şəhəri - 6 və yuxarı

Bağ massivləri - 10 və yuxarı

Xəzər - 4 və yuxarı

Nəsimi - 6 və yuxarı

Pirallahı - 1 müraciət

Nizami - 1 müraciət

 “Bağ massivləri” dedikdə əsasən Abşeron rayonu və digər ətraf ərazilərdə yerləşən bağ evləri nəzərdə tutulur (Bilgəh, Şüvəlan, Hövsan, Novxanı, Mərdəkan və s.).
Təhlillər göstərir ki, bütün müraciətlər əsasən yeraltı su borularında sızma, vintel nasazlığı və ya sayğac önündə su itkisi halları ilə bağlı olub. 

Qeyd edək ki, Binəqədi, Sabunçu, Xətai və Bağ massivlərində müraciətlərin sayı digərləri ilə müqayisədə xeyli yüksəkdir. Bu ərazilərdə infrastrukturun yenilənməsinə və tez-tez təkrarlanan nasazlıqların səbəblərinin araşdırılmasına ehtiyac var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin