Daha 5 dövlət Fələstin Dövlətini tanıdı

Hazırda oxunan: Daha 5 dövlət Fələstin Dövlətini tanıdı

271922

Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində bir sıra Avropa ölkələri – Belçika, Monako, Lüksemburq, Andorra və Malta – Fələstin Dövlətini rəsmən tanıdıqlarını bəyan ediblər.

Bizim.Media xəbər verir ki, bu qərar Yaxın Şərqdə vəziyyətin gərgin olduğu, Qəzzada müharibənin davam etdiyi bir vaxtda qəbul olunub. Avropa dövlətlərinin bu addımı Fələstin xalqının dövlətçilik hüququna dəstək jesti kimi qiymətləndirilir.
 

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliya da Fələstini tanıdıqlarını açıqlamışdılar. Bunun fonunda İsrail baş naziri Benyamin Netanyahu sərt reaksiya verərək bildirib ki, Fələstin dövlətinin yaradılması Qərbi İordan çayının qərbində mümkünsüzdür, bu cür tanımalar isə “terrora mükafat” deməkdir.


Belçika, Monako, Lüksemburq, Andorra və Maltanın açıqlamaları bir daha göstərir ki, beynəlxalq aləmdə Fələstin məsələsi ətrafında konsensus genişlənir və daha çox dövlət onun müstəqilliyini tanımağa hazırdır.

Bu, həm də Qəzzadakı müharibənin yaratdığı humanitar faciə və beynəlxalq təzyiqlərin nəticəsi kimi dəyərləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin