Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur – FOTO

Hazırda oxunan: Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur – FOTO

271915

Azərbaycanla Surinam arasında viza rejimi qismən ləğv edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun X hesabındakı paylaşımında deyilir.

“Surinamlı həmkarım Melvin Bouva ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində görüşməyimə şadam.

Biz siyasi məsləhətləşmələri dərinləşdirmək, iqtisadi əlaqələri genişləndirmək və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq yollarını nəzərdən keçirdik.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzaladıq”, - XİN rəhbəri qeyd edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin