Samuxda maşın aşdı - 4 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Samuxda maşın aşdı - 4 nəfər xəstəxanalıq oldu

271911

Samuxda 4 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan avtomobilinin sürücüsü K. Qurbanzadənin idarəetməni itirməsi nəticəsində maşın yolun kənarına aşıb. 

Qəza zamanı xəsarət alanlar sürücü 2005-ci il təvəllüdlü K. Qurbanzadə, sərnişinlər 2003-cü il təvəllüdlü M. Bağırov, 2007-ci il təvəllüdlü E. Hüseynzadə və 2004-cü il təvəllüdlü E. Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin