Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

Hazırda oxunan: Azərbaycan və Çin arasında sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edildi

271885

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Çinin “Datang Overseas Investment Co” şirkətinin prezidenti Yuanlong Jou ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycanın Çinlə iqtisadi-ticarət tərəfdaşlığına böyük önəm verdiyi vurğulanıb. Ölkəmizin əlverişli işgüzar mühiti, qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı istiqamətləri haqqında məlumat verilib, birgə fəaliyyət üçün geniş potensial diqqətə çatdırılıb.

Tərəflər yaşıl enerji, infrastruktur və sənaye sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin