Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, magistral yolda "Mercedes" markalı minik avtomobili eyni markalı yük avtomaşınının arxasına çırpılıb.
Ətrafda olan insanlar sürücünü avtomaşından çıxarıblar. Bu,zaman maşın qəfildən alışıb.Yaralı sürücü Sumqayıt şəhər xəstəxanasına aparılarkən həyatını itirib.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır. Ölən sürücünün kimliyi dəqiqləşdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
21:22 / 22.09.2025
Bakı-Quba yolundakı qəzanın TƏFƏRRÜATLARI - FOTO
Hazırda oxunan: Bakı-Quba yolundakı qəzanın TƏFƏRRÜATLARI - FOTO
Hazırda oxunan: Bakı-Quba yolundakı qəzanın TƏFƏRRÜATLARI - FOTO
271858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.