Ceyhun Bayramov ruminiyalı həmkarı ilə Ermənistanla sülh prosesini MÜZAKİRƏ ETDİ - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov ruminiyalı həmkarı ilə Ermənistanla sülh prosesini MÜZAKİRƏ ETDİ - FOTO

271847

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu- Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci Sessiyası çərçivəsində rumıniyalı həmkarı Oana-Silvia Toiu ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazir rəsmi "X” hesabında paylaşım edib.

Məlumata görə, görüş zamanı iqtisadi əlaqələr, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və yaşıl enerji layihələri diqqət mərkəzində olmaqla Azərbaycan-Rumıniya strateji tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib.

Enerji təhlükəsizliyi, diversifikasiya, təhsil, kənd təsərrüfatı və turizm sahəsində böyük potensiala malik iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsinin vacibliyi qeyd edilib.

Yaşıl enerji sahəsində birgə layihələr və Orta dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndirilməsinin strateji faydaları araşdırılıb.

Həmçinin münaqişədən sonrakı reallıqlara, Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin