Tələbə yoldaşına qayçı ilə xəsarət yetirən şəxs SAXLANILIB – TƏFƏRRÜAT

Hazırda oxunan: Tələbə yoldaşına qayçı ilə xəsarət yetirən şəxs SAXLANILIB – TƏFƏRRÜAT

271828

Xəbər verildiyi kimi Xaçmazda "Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi"ndə tələbələr arasında insident yaşanıb. 

Belə ki, Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E. Şıxbabayev tələbə yoldaşı Elnur Şahin oğlu Mirzəyev tərəfindən qayçı ilə çoxsaylı kəsilmiş-deşilmiş yaralar alıb. Yaralı dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisənin  təfərrüatları məlum olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda DƏHŞƏT – Tələbə yoldaşına qayçı ilə xəsarət YETİRDİ


Tələbə yoldaşına qayçı ilə xəsarət yetirən Elnur Şahin oğlu Mirzəyev yerli polis tərəfindən saxlanılıb. O, tələbə yoldaşının ayaq və kürək nahiyəsinə yüngül xəsarət yetirib. 

Xəstəxanaya çatdırılan E.Şıxbabayevin qayçılanmış nahiyəsinə tikiş qoyulub və o evə buraxılıb. Xaçmaz polis şöbəsində araşdırmalar davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin