Astarada torpaq SÜRÜŞMƏSİ: Sitrus ağacları və toyuqlar torpaq altında qaldı – FOTO

Hazırda oxunan: Astarada torpaq SÜRÜŞMƏSİ: Sitrus ağacları və toyuqlar torpaq altında qaldı – FOTO

271805

Astara rayonunda leysan yağışları torpaq sürüşməsinə səbəb olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, cənub bölgəsində davam edən güclü yağışlar çaylarda suyun səviyyəsini artırıb, ucqar dağ kəndlərində sel suları yollara və körpülərə ziyan vurub.

Niləşə kəndində baş verən sürüşmə nəticəsində təxminən 100 metr ərazi hərəkətə gəlib, yaxınlıqdakı evlər üçün təhlükə yaranıb. 

Kənd sakini Günay Ruhşanovaya məxsus həyətdə sitrus ağacları və ev quşları torpaq altında qalıb.

Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, hadisə meşə təsərrüfatına aid ərazidə qeydə alınıb və məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib:
 

“Asif Fətəliyevə məxsus həyətdə yamac uçub, istinad divarı dağılıb, toyuqlar üçün tikilmiş hin çöküb və evə də ziyan dəyib”.


O əlavə edib ki, dağlardan gələn sel suları iri gövdəli qurumuş ağacların qalıqlarını və torpaq laylarını gətirərək bəzi körpülərin və suötürücü boruların qarşısını kəsib. Hazırda həmin yerlərdə təmizləmə işləri aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin