Nazirlər Kabinetinin bəzi məmurların xidməti avtomobilsiz qalmasına gətirib çıxaracaqxa0 qərarla bağlı son təkliflərinin əsasən iki faydası var.
Birincisi, bu, həddindən artıq qarın bağlamış, boynunun dalı ətlənmiş özləri avtomobil sürə bilməyən, sürücü tutmağa da qıymayan bir para müdirlərin sağlamlığına müsbət təsir gəstərəcək; yəni piyada gəzdiklərindən onların çəkisi azalacaq...
İkincisi və ən əsası, ara yerdə yaltaq-yultağın işi asanlaşacaq; təsəvvür edin, maşınsız qalmış müdirlərdən, direktorlardan birinin işə piyada getdiyini görən kimi küçədə neçəsi avtomobilini saxlayıb canfəşanlıq edəcək: “Kələntər müəllim, ayıbdı, siz niyə piyada gedirsiz, əşşi, buyurun, əyləşin...”
Sultan Laçın


































































































