“Erkin Rəhimov, ölkədə baş pediatr oldunuz. Təbrik edirəm. Umid edirəm ki, keçmiş baş pediatr Nəsib doktorun yolu ilə getməzsiz”.
Bizim.Media xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə feysbuk səhifəsində qeyd edib.
A,İsmayılzadənin sözlərinə görə, Nəsib Quliyevin rəhbərliyi zamanında xəstəxanada süni qida əlindən tərpənmək olmayıb:
“"Ana südü vacibdi" deyib rəhbərlik etdiyi xəstəxanada süni qida əlindən tərpənmək olmurdu. Siz də məni qaldırdığım məsələyə görə iki il əvvəl "reytinq xətrinə populist çıxış edən" adlandırmışdız. Siz bununla doğru olmayanı demişdiz. Mən isə doğru olanı. Özunuz də əla bilirsiz ki, əksər doğum evlərində pul qarşılığında körpələrin ana südü haqqı satılır”.
Xanım pediatr ümidvar olduğunu bildirib ki, yeni rəhbərlik bu məsələyə şəffaflıqla yanaşacaq:
“Ümid edirəm ki, bu məsələdə bu yolda olan neonatoloq dostlarınızın xətrini əziz tutmayacaqsız. Bir pediatr olaraq bu məsələnin vacibliyini bilirsiz və baş pediatr olaraq bu qanun pozuntusu tərkibli səhiyyə məsələsinin bizim qədər əziyyət çəkmədən muvafiq mustəvilərdə həllinə nail ola bilərsiz. Əlbəttə istəsəz...
Bu arada qeyd edim ki, son vaxtlar klinikanızdan daha çox ana südü təbliği mesajları gəlir. Bunu sizə xoş olsun deyə demirəm. Nə deyirlər, onu da paylaşıram”
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:42 / 03.07.2021
Yeni təyin edilən Baş pediatra MÜRACİƏT: ”Ümid edirəm, Nəsib Quliyevin yolunu getməzsiniz”
Hazırda oxunan: Yeni təyin edilən Baş pediatra MÜRACİƏT: ”Ümid edirəm, Nəsib Quliyevin yolunu getməzsiniz”
Hazırda oxunan: Yeni təyin edilən Baş pediatra MÜRACİƏT: ”Ümid edirəm, Nəsib Quliyevin yolunu getməzsiniz”
27180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.