Xaricdə təhsillə bağlı ŞİKAYƏT – “Pulumu aldılar, geri vermirlər” – FOTOFAKT

Hazırda oxunan: Xaricdə təhsillə bağlı ŞİKAYƏT – “Pulumu aldılar, geri vermirlər” – FOTOFAKT

271751

Son illər xaricdə təhsil almaq və işləmək istəyənlərin sayı durmadan artır. Təbii ki, bu maraq işbazları da hərəkətə gətirir. Təsadüfi deyil ki, son vaxtlar bir çox vətəndaşlar belə işbazların qurbanına çevrilib.

Həmin şəxslərdən biri də Xırdalan şəhər, Heydər Əliyev prospekti 188 ünvanında yaşayan Kamil Həsənlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Xaricə getmək istəyirdi, 2500 manat ziyana düşdü – “PRYM Academy”dən ŞİKAYƏT – FOTO


O, başına gələnlərlə bağlı Bizim.Media-ya müraciət edib.

Kamil Həsənlinin sözlərinə görə, 31 mart 2025-ci il tarixində internet resurslarından tapdığı məlumat əsasında, xalası oğlu Kamran Həsənov onun adından ”AİD Language center” MMC-nin rəhbəri ilə müqavilə bağlayıb:

“Müqavilə əsasında, xaricdə təhsil almağım üçün 3400 manat məbləğində pul ödədik. Müqavilə xalam oğlu ilə bağlanıb, imza atılıb, amma pulu mən ödəmişəm və müqavilə bağlayan qarşı tərəf məni xaricə oxumağa göndərəcəyini vəd edib. Onlar izah etdilər ki, yaşım az olduğuna görə mənimlə müqavilə bağlamadılar.

Mənim bütün sənədlərim əvvəlcədən onlara təqdim edilmişdi. Ödəniş tam şəkildə nağd həyata keçirilmişdi. Mənə bu MMC-də Jalə, Samir və Gülay adlı şəxslər vəd verirdilər ki, Almaniyada peşə təhsili alacam. Üstəlik dedilər ki, Almaniyada peşə öyrənməklə bərabər hər ay 1000 avro təqaüd veriləcək, yaşamaq yeri ilə təmin olunacam və s. Bütün bu vədlərə inanıb 3400 manat ödədim.

Təəssüf ki, 3 ay ərzində mənə verilən vəd icra olunmadı və 9 illik attestatımın xaricdə təhsil üçün yetərli olmadığı bildirildi. Hansı ki, sənədlər əvvəlcədən MMC-yə təqdim edilmişdi”

Şikayətçi deyir ki, gec də olsa, aldadıldığını dərk edib:

“Bu ilin iyulunda pulumu geri istədim, lakin mənim tələblərim cavabsız qaldı. Hələ də pulumu geri qaytarmayıblar. 30 avqust 2025-ci il tarixində pulumu almaq üçün yenidən MMC-nin sahibi ilə görüşdüm. Bu dəfə də mənə 26 sentyabr tarixinədək pulun veriləcəyi bildirilib. Lakin hələ də ödəniş həyata keçirilməyib”.

Məsələ ilə bağlı ”AİD Language center” MMC ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Qarşı tərəf zənglərimizə cavab vermədi.

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin