Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Hazırda oxunan: Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

271721

Xəbər verdiyimiz kimi gecə saatlarında Oğuzun Bayan kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın yerlu bürosu xəbər verir ki, rayonun Baş Daşağıl kənd sakini 43 yaşlı Sadəddin Abdulhəmidov yol keçən zaman avtomobil vuraraq öldürüb. 

Hadisə haqda müvafiq qurumları kənd sakinləri məlumatlandırıb. Elə həmin vaxt  qəzanı törədən sürücünün hadisə yerində olmadığı aşkarlanıb. Belə ki, hadisədən sonra sürücü idarə etdiyi avtomobillə birlikdə ərazidən uzaqlaşıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki Regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür. 


Tural Rasimoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin