Astarada ağır qəza – Yeniyetmə HƏLAK OLDU

Hazırda oxunan: Astarada ağır qəza – Yeniyetmə HƏLAK OLDU

271703

Astarada yeniyetmənin ölümü ilə nəticələnən qəza baş verib. Hadisə Astara rayonunun Çayoba kəndi ərazisində qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, idarəetməni itirən "VAZ-2107" markalı minik avtomobili yol kənarındakı kanala aşıb. 

Qəza nəticəsində avtomobildə olan, 2009-cu il təvəllüdlü, Astaranın Vaqo kənd sakini İgid Ramin oğlu Salayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin