Şəkərin əvəzedicisi TAPILDI

Hazırda oxunan: Şəkərin əvəzedicisi TAPILDI

271655

Süni şirinləşdiricilər – taqatosa istisna olmaqla – idrak funksiyalarının azalmasını sürətləndirə və yaddaşı zəiflədə bilər, xüsusilə də şəkərli diabet xəstələrində. Bu qənaətə Braziliyanın San-Paulu Universitetinin alimləri gəliblər.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri Neurology jurnalında dərc olunub.

Alimlər 12 772 nəfər yetkin şəxsin qidalanma vərdişləri və sağlamlıq vəziyyəti ilə bağlı məlumatları təhlil ediblər. İştirakçıların orta yaşı 52 olub. 24 il ərzində onlar pəhrizləri barədə sorğular doldurublar, o cümlədən dietik içkilər və az və ya sıfır kalorili şirinləşdiricilərlə məhsulların istifadəsi barədə.

Şəkər əvəzedicilərinin istifadəsinə görə iştirakçılar üç qrupa bölünüb — aşağı, orta və yüksək səviyyədə istifadə edənlər. Günlük istehlak 20 milliqramdan 191 milliqramadək dəyişib. Ən çox istifadə olunan şirinləşdirici sorbit olub.

İdrak vəziyyətini qiymətləndirmək üçün iştirakçılar yaddaş, dil bilikləri, işçi yaddaş və informasiya emal sürəti üzrə testlərdən keçiblər. Məlum olub ki, süni şirinləşdiriciləri çox istifadə edənlərdə idrak qabiliyyətlərinin zəifləməsi minimal istifadə edənlərlə müqayisədə 62% daha sürətlə baş verib.

Alimlərin hesablamalarına görə, şəkər əvəzedicilərindən istifadə edənlərdə beynin qocalması orta hesabla 1,6 il tezləşib. Hətta orta səviyyədə istehlak zamanı belə, idrak funksiyalarının zəifləməsi 35% daha sürətli müşahidə olunub.

Xüsusilə mənfi təsir 60 yaşdan cavan iştirakçılarda və diabetli şəxslərdə qeydə alınıb. 60 yaşdan yuxarı şəxslərdə isə belə bir əlaqə aşkar edilməyib.

Tədqiqat həmçinin göstərib ki, demək olar bütün araşdırılan şirinləşdiricilər — aspartam, saxarin, asesulfam-kalium, eritrit, sorbit və ksilit — idrakın azalmasını sürətləndirir. Yeganə istisna taqatosa olub. O, giləmeyvə, meyvə, tərəvəz, kakao, süd və süd məhsullarında az miqdarda təbii şəkildə mövcuddur.

Daha əvvəl isə şəkərli içkilərin xərçəngin metastaz riskini artırdığı ilə bağlı məlumat yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin