Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO

Hazırda oxunan: Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO

271618
Əməkdar artist Miri Yusif yeni klipini izləyicilərin ixtiyarına verib.

Məşhur 125 minlik rəsmi Youtube hesabında sözləri Fariz Zeynallı, musiqisi Ceyhun Cabbaroğluna məxsus “Uyma”xa0 adlı bəstəyə ekran həyatı verib. Vüqar İslamzadənin rejissorluq etdiyi klipdə “Avroviziya” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova çəkilib.xa0

Seksual və cəsarətli rəqsləri ilə lüks və dəbdəbəli idman avtomobilinin fonunda həmkarı Miri Yusifin qlamur klipinə çəkilən Kazımova canlandırdığı bir neçə obrazı ilə diqqətləri öz üzərinə çəkib.xa0

Qeyd edək ki, Miri Yusif artıq ikinci dəfədir ki, Dilarə Kazımovanı klipinə çəkir. Bundan öncə Dilarə həmkarının “Ad günü” adlı mahnısının klipində rol alıb.xa0

Nəzərinizə çatdıraq ki, əməkdar artist Miri Yusif iyunun 7-8-9-da “Yaşıl Teatr”da solo konsert proqramı ilə çıxış edəcək. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin