Naxçıvan MRX-nın həkimi: “Avtobus qəzası nəticəsində 17 nəfər xəsarət alıb”

Hazırda oxunan: Naxçıvan MRX-nın həkimi: “Avtobus qəzası nəticəsində 17 nəfər xəsarət alıb”

271530

Avstobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə xəstəxananın həkimi Fuad Rzayev deyib.

O bildirib ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
 

Xəsarətlər əsasən bud-çanaq sınıqları, (neyrocərrahi problemlər ) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir.


Qeyd edək ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 10-da artıq xəsarət alan var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin