Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı

Hazırda oxunan: Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı

271524

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Goranboy şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayev Babakişinin münaqişə zəminində keçmiş həyat yoldaşı, Zaqatala rayon sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərovanı bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.

Xəsarət alan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.
 

Hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində F. Ömərovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Abdullayev Babakişi saxlanılaraq istintaqa təhvil verilib.


Qeyd edək ki, B. Abdullayevin ruhi-əsəb dispanserində qeydiyyatda olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin