Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial ödəniş alan şəxslər üçün yeni imkanlar yaradıb.
Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı (ÜDSY) və ya kompensasiya alan vətəndaşlara verilən sosial ödəniş kartı ilə artıq müxtəlif xidmət və alış-veriş zamanı endirimlərdən yararlanmaq mümkündür.
Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF ilə əməkdaşlıq edən mağaza, aptek və digər xidmət sahələrində sosial ödəniş kartı vasitəsilə aparılan ödənişlərdə 30%-dək endirim tətbiq olunur.
Qeyd edək ki, endirimlər yalnız sosial ödəniş kartı ilə POS-terminallar üzərindən ödəniş zamanı qüvvəyə minir və əməliyyat anında avtomatik hesablanır. Vətəndaş endirimi dərhal ödəniş qəbzində görə bilir. Maraqlısı odur ki, bu üstünlükdən yalnız kart sahibi deyil, ailə üzvləri də faydalana bilər.
Hazırda "Apple Pay" və "Google Pay" vasitəsilə ödənişlərdə endirimlər qüvvədə deyil. Bununla yanaşı, endirimlərdən yararlanmaq üçün əməliyyat məbləği üzrə heç bir minimum və ya maksimum limit müəyyən edilməyib.
Vətəndaşlar DSMF-nin rəsmi internet səhifəsi – dsmf.gov.az üzərindən "Sosial tərəfdaş" bölməsinə daxil olaraq və ya mobil tətbiq vasitəsilə tərəfdaş şirkətlərin siyahısı və təqdim edilən endirim faizləri ilə tanış ola bilərlər.
"Sosial tərəfdaş" layihəsi nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə həyata keçirilir və sosial ödəniş kartı sahiblərinə gündəlik xərclərdə əlavə üstünlüklər qazandırır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:22 / 20.09.2025
Pensiya, müavinət və təqaüd alanları SEVİNDİRƏCƏK XƏBƏR
Hazırda oxunan: Pensiya, müavinət və təqaüd alanları SEVİNDİRƏCƏK XƏBƏR
Hazırda oxunan: Pensiya, müavinət və təqaüd alanları SEVİNDİRƏCƏK XƏBƏR
271418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.