Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Hazırda oxunan: Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

271413

Ərazi zəbt edilib... Parklanma üçün sürücülərdən ödəniş tələb olunur...

Bizim.Media xəbər verir ki, naməlum şəxslər tərəfindən tutulmuş ərazi qanunsuz parklanma kimi fəaliyyət göstərir. Görüntülər Ziya Bünyadov prospektinin "Koroğlu" metrostansiyasının yaxınlığına düşən hissəsindəndir.

Sürücülərin sözlərinə görə, burada əvvəllər avtomobilləri ödənişsiz park ediblər. Lakin, bir müddətdir ki, kimliyi bilinməyən şəxslər onlardan 1 manat ödəniş tələb edirlər.

Ödənişləri alan şəxsə müraciət etmək istəsək də, çəkiliş qrupumuzu gördükdə ərazidən uzaqlaşdı.

Bəzi sürücülər də qeyd etdilər ki, bu ərazinin qanuni parkinq olması daha məqsədəuyğundur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin ünvan, ərazi polis orqanları tərəfindən nəzarətə götürülüb. Qanunsuz parklanma yeri təşkil edən şəxslə bağlı profilaktik söhbət aparılmaqla barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin