"Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

Hazırda oxunan: "Relax"da YOXLAMA: Maliyyə sanksiyası tətbiq edildi

271376

Lerikdə yerləşən "Relax" İstirahət Mərkəzi yenidən maliyyə sanksiyasına məruz qalıb.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, "Relax Resort And Spa Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan operativ vergi nəzarəti zamanı pozuntular aşkarlanıb.

Operativ vergi nəzarəti üzrə - İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında - AKT-a əsasən, MMC 3 dəfə 2000 min manat olmaqla, ümumilikdə 6 min manat maliyyə sanksiyasına məruz qalıb.

Həmçinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında AKT-a əsasən, 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, "Relax Resort And Spa Hotel" MMC-nin qanuni təmsilçisi Famil Kamran oğlu İmanovdur. O, Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədovun yaxın qohumudur. Bir vaxtlar İqbal Məmmədova məxsus olan "Relax"ın hazırda icarə əsasında onun ailəsi tərəfindən idarə olunduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin