Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

Hazırda oxunan: Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər SAXLANILDILAR

271374

Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan, əvvəllər məhkum olunmuş V.İbadov və F.Qafarov saxlanılıblar.

Baxış zamanı həmin şəxslərdən 65 ədəd müxtəlif növ balıq, ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin