Dövlət Komitəsində Laçının işğalı anıldı

Hazırda oxunan: Dövlət Komitəsində Laçının işğalı anıldı

271372

Mayın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 27-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

xa0

Laçının Azərbaycanın füsunkar guşələrindən biri olduğunu və strateji mövqedə yerləşdiyini diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev xa0rayonun Ermənistan silahlı dəstələri işğalına şərait yaradan amillərdən danışıb,xa0 ermənilərin xalqımızın başına gətirdiyi faciələri yada salıb. Bildirib ki, həmin dövrdə ölkə hakimiyyətinin səriştəsiz fəaliyyəti və xəyanətkarlığı xa0ağır nəticələrə səbəb olub. 1992-ci il mayın 18-də Laçın rayonunu işğal etməklə Ermənistan Dağlıq Qarabağla birbaşa əlaqə yaradıb və onun ətrafındakı əraziləri ələ keçirmək imkanı qazanıb. Dünya birliyi işğalıçıya hələ də kifayət qədər təsir göstərmir, BMT-nin qətnamələri yerinə yetirilmir. Bununla belə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi,xa0 Azərbaycan heç vaxt işğalla barışa bilməz və ərazi bütövlüyünü bərpasına nail olmaq üçün bütün imkanlardan istifadə edəcəkdir. Laçınlıların da doğma yurda qayıdacaqlarını ümidlə gözlədikləri, dövlətimizin başçısının bu məqsədlə apardığı siyasəti dəstəklədikləri bildirilib.

xa0

Rayonun məcburi köçkün əhalisinin həyat səviyyəsinin, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirildiyi vurğulanıb. Prezident İlham Əliyevin tapşırığı ilə onların daha çox məskunlaşdıqları Ağcabədi rayonu ərazisində növbəti yaşayış məhəlləsinin salınmasına hazırlıq görüldüyü diqqətə çatdırlıb.

xa0

Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məcburi köçkünlərin, o cümlədən laçınlıların problemlərinin həllinə həssaslıqla yanaşdığı, bu sahədə həyata keçirilən layihələrin icrasını nəzarətdə saxladığı qeyd edilib.

xa0

Milli Məclisdə Laçın rayonunu təmsil edən millət vəkili, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru xa0Mahir Abbaszadə, laçınlı ağsaqqallar Tapdıq Abbasov, Əmirxan Zeynalov, Qəzənfər Hüseynov, Möhübbət Həsənov, Varaşil Məmmədov, Laçında ərazi özünümüdafiə batalyonunun qərargah rəisi olmuş Rafiq Nağıyev, Qarabağ döyüşlərinin iştirakçıları Babək Aslanov, Muxtar Həşimov, Çingiz Abbasov, Habil Muradov, İsgəndər Qasımov, Laçın rayon 40 nömrəli tam orta məktəbin direktoru Aygün Cabbarova, Aprel döyüşlərinin iştirakçısı Vüqar Abdüləzimov və başqaları tədbirdə çıxış edərək, rayonun tarixi keçmişindən, əhalinin təcavüzkarlara göstərdiyi müqavimətdən, torpaqların müdafiəsi uğrunda şəhid olan həmyerlilərinin qəhrəmanlıqdan danışıb, məcburi köçkünlərə dövlət qayğısının əhəmiyyətindən söz açıb,xa0 işğala tezliklə son qoyulacağına inamlarını ifadə ediblər.xa0xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin