Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

Hazırda oxunan: Bakı və bölgələrdə yaşıllıqlara 160 min manatdan çox ZİYAN VURULDU

271368

Son həftə ərzində Bakı şəhərində və ölkənin bir neçə rayonunda yaşıllıqlara külli miqdarda zərər vurulması faktları aşkar olunub.

Bu barədə Bizim.Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Yevlax, Xaçmaz və Neftçala rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb.
 

Araşdırma zamanı Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində, Nəsimi rayonu 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 722 ünvanında, Yevlax rayonu Hürüuşağı kəndi, Xaçmaz rayonu Qımılqışlaq kəndi ərazilərində, eyni zamanda Baş Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 165 min 260 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.


Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin