6 ay fasiləsiz hıcqırdı, diaqnoz qoyulmadı — SƏBƏB

Hazırda oxunan: 6 ay fasiləsiz hıcqırdı, diaqnoz qoyulmadı — SƏBƏB

271333

Altı aydır davam edən hıçqırıqlardan sonra Qaziantepdən olan 32 yaşlı Rokan Musa uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub.

Bizim.Media xəbər verir ki, Suriya əsilli qadın təxminən bir ay əvvəl çox sayda xəstəxanaya müraciət etsə də, ona diaqnoz qoyulmurdu.
 

Təxminən bir ay əvvəl Qaziantep Şəhər Xəstəxanasına müraciət edən Rokan Sinə Cərrahiyyəsi Poliklinikasında müayinə olunduqdan sonra xəstəxanaya yerləşdirilib. Bir müddət müşahidə altında saxlanıldıqdan sonra 5 gün əvvəl həyata keçirilən cərrahi əməliyyatdan sonra sağlamlığına qovuşub.


Əməliyyatı həyata keçirən cərrah, həkim Onur Bayrakçı Anadolu Agentliyinin (AA) müxbirinə daha əvvəl bu halla rastlaşmadıqlarını bildirib.

O, qeyd edib ki, hıçqırıqlar adətən diafraqma əzələsini (ağciyərlərin və ürəyin bir az aşağıda yerləşən tənəffüs sisteminin əsas əzələsi) idarə edən “phrenic” sinirdən qaynaqlanır. (konkret.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin