“Bakı Fintex Forumu 2025” keçiriləcək

Hazırda oxunan: “Bakı Fintex Forumu 2025” keçiriləcək

271323

Oktyabrın 9-da “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə “Bakı Fintex Forumu 2025” keçiriləcək.

Bizim.Media xəbər verir ki, “Baku Marriott Hotel Boulevard”da keçiriləcək Foruma dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub.

Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək. 

Yerli və beynəlxalq ekspertlər tərəfindən fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparılacaq.
 

Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar. 


Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq.

Forumda iştirak etmək istəyənlər tədbirin rəsmi saytından bilet əldə edə bilərlər.

//www.bakufintech.com/#ticket

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin