Saxta profil açanlara XƏBƏRDARLIQ - “Həbs oluna bilərsiniz”

Hazırda oxunan: Saxta profil açanlara XƏBƏRDARLIQ - “Həbs oluna bilərsiniz”

271322

Sosial şəbəkələrdə saxta ad və “nikname”lərdən istifadə etməklə profil hesabı yaradanlar çoxdur. Dinc məqsədlə, kimliyini gizlədib sadəcə izləmək, normal şərh vermək istəyənlərin əlbəttə öz işidir. Amma təhqir və hədə-qorxu gələnlər, şər-böhtan atanlar dinc istifadəçilərdən daha çoxdur, çünki hesab elə bu məqsədlə açılıb. Adətən saxta profil hesabı sahibləri düşünürlər ki, belə etməklə, onları tapan olmayacaq, heç bir məsuliyyət daşımayacaqlar, amma yanılırlar, qanundan yaxalarnı qurtara bilməyəcəklər. 

Hüquqşünas Zahid Qarayev Bizim.Media-ya açıqlamasında bildirdi ki, saxta profillər yaradılaraq insanları təhqir edənlər və buna məruz qalanlar qanunda hüquqi tənzimlənmənin olduğundan xəbərsizdirlər:

“Saxta istifadəçi adlardan, profillərdən istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cinayət işi müraciət əsasında başlanılır. Çünki sosial şəbəkələrə nəzarət etmək çətindir, bu qədər istifadəçini müəyyənləşdirmək demək olar ki, mümkünsüzdür. Azərbaycanda sosial şəbəkələrdən milyonlarla insan istifadə edir. Ona görə də belə şəxsləri müəyyənləşdirmək üçün şikayət olunmalıdır”.

Hüquqşünas diqqətə çatdırdı ki, bu tip halların qarşısının alınması məqsədi ilə, Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə edilib.
 

Bu maddə ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə də cinayət məsuliyyətinə səbəb olur.


Bunu edən şəxslər 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin