“Servis xidmətlərinin yerinə yetirilməsi üçün Bakı lokomotiv deposunun ərazisində Texniki Servis Mərkəzinin tikintisi nəzərdə tutulub. Texniki Servis Mərkəzinin tikintisi layihəsinin layihələndirilməsi və tikinti quraşdırma işlərinin icrasına 2023-cü ildən başlanılıb, sözügedən işlərin 2026-cı ildə başa çatdırılması planlaşdırılır”.
Bizim.Media “baku.ws”ə istinadla xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Qurum rəsmisi əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması, modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihələndirmə işləri davam etdirilir:
“Layihələndirmə mərhələsi yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:33 / 19.09.2025
Azərbaycanın bu bölgəsində yeni dəmiryol xətti çəkiləcək
Hazırda oxunan: Azərbaycanın bu bölgəsində yeni dəmiryol xətti çəkiləcək
Hazırda oxunan: Azərbaycanın bu bölgəsində yeni dəmiryol xətti çəkiləcək
271298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.