Kürdəmirdə 16 yaşlı yeniyetməni maşın vurub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.
Belə ki, rayonun Xırdapay kənd sakini 2009-cu il təvəllüdlü Məmmədov Uğur Ağaddin oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.
Xəsarət alan yeniyetmə dərhal ətrafdakı insanların köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu