Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Sabirkənd kəndinə gedən yolda hərəkətdə olan "Ford Tranzit" və "Qazel" markalı yük maşınları toqquşub.
Hadisə zamanı 1985-ci il təvəllüdlü H.Namazov və N.Namazov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu