Hazırda həbsdə olan Azərbaycanın keçmiş baş prokuroru və sabiq səfir Eldar Həsənov hospitala köçürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov özünün "Facebook" hesabında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Eldar Həsənovun cinayət işi üzrə aparılan istintaq yekunlaşır - Baş Prokurorluq
O bildirib ki, Eldar Həsənov bu gün stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi H
Hospitalına köçürülüb.
Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.
E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.
Bizim.Media