Mavi gözlü insanlar üçün PİS XƏBƏR - Gözləriniz heç vaxt mavi olmayıb – ARAŞDIRMA

Hazırda oxunan: Mavi gözlü insanlar üçün PİS XƏBƏR - Gözləriniz heç vaxt mavi olmayıb – ARAŞDIRMA

271180

Mavi gözlərin əslində şəffaf olduğu və maviliyin piqmentdən deyil, işığın səpilməsindən qaynaqlandığı ortaya çıxarılıb. Yəni gözü mavi olanlar, gözləriniz əslində mavi deyil!

Bizim.Media xəbər verir ki, Avstraliyanın Bond Universitetinin araşdırmalarına görə, gözlərdəki mavi rəng tam bir illüziyadır. Araşdırma nəticəsində məlum olub ki, gözlərimizə rəng verən irisin mavi rəngi piqmentdən deyil, işığın səpilməsindən qaynaqlanır. Tədqiqatlara görə, mavi gözlər əslində şəffafdır, lakin ''Tyndall effekti'' adlı fiziki hadisə səbəbindən mavi rəngdə görünür. Dr. Davinie Beaver isə bildirib ki, melanin, yəni dərimizin və saçlarımızın rəngini müəyyən edən maddə, bu vəziyyətdən məsul olan amildir.

İşığın oyunu

Dr. Beaverə görə, qəhvəyi gözlər işığı udan və daha tünd bir görünüm yaradan yüksək miqdarda melanin tərkibinə malikdir. Mavi gözlərdə isə çox az melanin var. Nadir görülən yaşıl gözlər də melanin səviyyəsini aşağı salan genetik bir qəribəliyin nəticəsidir. Ancaq yaşıl gözlərdəki melanin mavi gözlərdəki qədər aşağı deyil. Mavi gözlər melanin səviyyəsinin aşağı olması səbəbindən daha az işıq qəbul edir və işığın gözün strukturu ilə qarşılıqlı təsiri nəticəsində mavi rəngi yaradır. Yaş artdıqca piqmentlər yığılır, nəticədə mavi gözlər yaşıl və ya qəhvəyi ola bilir.

Elcan Bəşirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin