Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Hazırda oxunan: Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

271173

İranın ali rəhbəri Əli Xameneyi süni intellektlə qadınların səsinin, ifasının  dinlənilməsinin haram olduğunu deyib. O bildirib ki, qadın səsinin mənbəyinin həqiqi insan, yaxud süni intellekt olmasının heç bir fərqi yoxdur.

Qeyd edək ki, İranda 1979-cu il İslam İnqilabından sonra qadınların solo ifası və mahnılarının yayımı qadağan olunub. Ona görə də qadın müğənnilər ölkəni tərk etmək məcburiyyətində qalıblar.

O zaman bu qadağanı əsas götürsək, qadının səhnədə şeir deməsi də ifadır, hər hansı bir tədbirdə, iclasda nitq söyləməsi də təşviqedici səbəb kimi qadağan olmalıdır.

“Hər bir şeyə halal-haram deyənlər Allahlıq iddiasındadırlar”

Məsələylə əlaqədar ilahiyyatçı Elşad Miri Bizim.Media-ya bildirdi ki, bu sadəcə Xamenei ilə əlaqədar olan bir məsələ deyil, ümumiyyətlə məzhəblərdə belə bir anlayış var ki, qadınların qadın səsi kişiyə haramdır. O zaman sual yaranır, kişi səsi də qadına haramdırmı? Amma bununla bağlı heç vaxt açıqlama vermirlər.

“Məsələnin digər tərəfi də odur ki, bu insanlar hər bir şeyə halal-haram deməklə, əslində Allahlıq iddiasındadırlar. Çünki heç peyğəmbərin belə halal-haram qoymaq xüsusiyyəti və səlahiyyəti olmayıb. Quranda halal və haram olan hər şey müəyyənləşib və insanlara buyurulub. Ona başqa nəsə əlavə etmək və bu fikirdə olmaq doğru deyil. Ümumiyyətlə bu cür düşüncə və qadağaların Qurana əsaslanan tərəfi yoxdur”.  

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin