Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin hakimi Eldar İsmayılov sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Prosesdə ifadə verən dəstə üzvü Jora Manukyan bildirib ki, Arsen Kazaryan onlara xüsusi tapşırıq verməklə Hadrut meşəsində yerləşdirib:
"Bizə əvvəlcədən əmr verilmişdi ki, dayandığımız yerdən müşahidə edək, Azərbaycanlı əsgər gördüyümüz təqdirdə Kazaryana dərhal məlumat verək. Kazaryan bildirmişdi ki, Azərbaycan əsgərləri barədə özləri tədbir görəcək. Hər posta 10 nəfər yerləşdirmişdilər ki, müşahidə edək. Arsen Kazaryan demişdi ki, həmin ərazilər Ermənistana məxsusdur. Bakıya gələndə bizə dedilər ki, ora Azərbaycandır".
Digər təqsirləndirilən Tosunyan Levan Aşotoviç deyib ki, müharibə başlayanda ona çağırış vərəqəsi gəlib:
"Oktyabrın 3-də Cəbrayıla yola düşdük. 13-14 gün orada növbə çəkdik, sonra geri çəkildik. Qayıdandan sonra mən müharibəyə getməkdən imtina etdim, xidmətdən boyun qaçırdım. Noyabrın 10-da müharibə başa çatandan sonra hərbi hissəyə gəldim. Bizə dedilər ki, lazım olanda çağıracağıq. Noyabrın 26-da xəbər gəldi ki, cəbhədə növbə çəkmək lazımdır. Bizi gecə ilə apardılar bir şəhərə. Oranın hara olduğunu bilmədim. Səhər açılanda isə oranın Laçın olduğunu bildim".
Proses günün ikinci yarısında davam edib.
Fasilədən sonra ifadə verən dəstənin digər üzvü Arutyunyan Varazdat bildirib ki, hərbi hissədə silahlandırılaraq Xocavənd rayonuna gətiriliblər. Dəstə üzvləri hansı əraziyə gətirilməsindən xəbərsiz olub.
Təqsirləndirilən Qriqor Kureqyan əməllərindən peşman olduğunu deyib. O bildirib ki, erməni silahlı dəstəsinin tərkibində Azərbaycan ərazisinə keçdiyi üçün peşmandır.
İttiham aktı üzrə təqsirləndirilən şəxslərin dindirilməsi başa çatdıqdan sonra şahid ifadələri dinlənilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:31 / 02.07.2021
"Bizi xüsusi tapşırıqla Hadrut meşəsində yerləşdirdilər" - Erməni terrorçunun İFADƏSİ
Hazırda oxunan: "Bizi xüsusi tapşırıqla Hadrut meşəsində yerləşdirdilər" - Erməni terrorçunun İFADƏSİ
Hazırda oxunan: "Bizi xüsusi tapşırıqla Hadrut meşəsində yerləşdirdilər" - Erməni terrorçunun İFADƏSİ
27114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.