Ötən il təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş -19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevlərin ailələlərinə dövlətin verəcəyi kompensasiya ətrafında söz-söhbətlər bitmir.
Bizim.Media-nın çəkiliş qrupu mərhumların doğulduğu Qusar rayonunun Suduroba kəndində olub.
Əvvəlcə qəzada faciəvi şəkildə həyatlarını itirən bacı qardaşın məzarını ziyarət etdik. Daha sonra onların vaxtilə yaşadıqları evə yollandıq.
Mərhum bacı-qardaşı böyüdən, onların çətin anlarında yanında olan ana nənələri Asiyət Balabəyova olub. Amma Qusarın Suduroba kəndində yaşayan bacı-qardaşı sağ ikən bir dəfə də olsun axtarmayan, onların qayğısına qalmayan ögey qardaş ortaya çıxıb. O, təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini istəyir.
Təbii ki, kompensasiya məsələsində yalnız dövlətin verə biləcəyi qərar əsas götürüləcək.
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media