Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq

Hazırda oxunan: Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq

271074

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu keçmiş arvadının tələb etdiyi bütün əmlakı qaytarmalıdır.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu barədə yekun qərar çıxarıb.

Bir neçə ay əvvəl H.Pənahova əri Məhəmməd Pənahov tərəfindən fiziki şiddətə məruz qalması barədə məlumatlar yaydı. Sonradan oğul Pənahov razı olmasa da, məhkəmə cütlüyün boşanmasına qərar verdi.
 

MÖVZU İLƏ BAĞLI:

Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır İTTİHAMLAR/FOTO


Amma həmin vaxt birgə nikah dövründə alınmış əmlak məsələsi həll edilməmiş qalmışdı. Gəlin Pənahova qiyməti 300 min manat təşkil edən qızıl-zinət əşyaları, bahalı kürklər və digər geyimlərini geri ala bilmədiyi, keçmiş əri isə boşanmaq istəmədiyi üçün apellyasiya şikayətləri verdilər.

Bakı Apellyasiya Məhkəməsi əvvəlcə Məhəmməd Pənahovun boşanma qərarına qarşı şikayəti araşdırıb, lakin şikayət təmin edilməyib.

H.Pənahovanın əmlak tələbi isə əsaslı hesab edilib. Nəticədə 300 min manatlıq əşyaların Məhəmməd Pənahovdan alınıb keçmiş arvadına qaytarılması barədə yeni qətnamə çıxarılıb.

Qeyd edək ki, H.Pənahova Məhəmmədlə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, insidentlərdən birində bətnindəki övladını itirib. 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin