Xəzər dənizi sürətlə quruyur: Britaniyalı alimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Xəzər dənizi sürətlə quruyur: Britaniyalı alimdən XƏBƏRDARLIQ

271052

Britaniyalı bioloq, Lids Universitetinin alimi Saymon Qudman xəbərdarlıq edir ki, Xəzər dənizinin səviyyəsinin kəskin enməsi ekoloji və sosial fəlakətə gətirib çıxara bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “The Conversation” nəşri yazıb.

Onun sözlərinə görə, son illərdə dənizin səviyyəsi ildə 30 sm azalır və bəzi yerlərdə sahil xətti 50 km geri çəkilib. Nəticədə unikal bataqlıqlar quruyur, balıqçılıq və gəmiçilik çətinləşir, limanlar və infrastruktur sudan uzaq düşür.

Ən böyük təhlükə Xəzər tülenləri və nəsli kəsilməkdə olan nərə balıqları üçün yaranıb. Alim bildirir ki, dəniz səviyyəsinin daha 10 metr enməsi 4 ekosistemin tam məhv olması ilə nəticələnəcək.

Qudman xəbərdarlıq edir ki, əgər hökumətlər təcili və birgə tədbirlər görməsələr, milyonlarla insan iqlim qaçqınına çevrilə bilər, regionda yeni geosiyasi gərginliklər yaranar.

O, Xəzər dənizinin taleyini Aral dənizi faciəsi ilə müqayisə edərək bunu “qlobal həyəcan siqnalı” adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin