Ayaqüstə gözləyən onlarla xəstə və xəstə yaxınları... Ssaatlarla davam edən uzun növbələr
Bizim.Media xəbər verir ki, vətəndaşlar tərəfindən çəkilən bu görüntülər "Xəzər Xəbər"in vatsapına göndərilib.
İddiaya görə, dövlət tərəfindən təmin olunan dərmanlar məhz 9 nömrəli poliklinikada verildiyi üçün insan sıxlığına səbəb olub. Kadrlardan da aydın olur ki, vətəndaşların bir çoxu uzaq ərazilərdən bura gəlib.
Sıxlığın səbəbini öyrənmək üçün TƏBİB-ə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir.
Binəqədi rayonu ərazisində mərkəzləşdirilmiş aptek isə 9 nömrəli Şəhər Poliklinikasında yerləşir. Bununla yanaşı, yaxın zamanda əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə sözügedən məsələ ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:17 / 18.09.2025
9 nömrəli poliklinikada dərmana görə insan İZDİHAMI - VİDEO
Hazırda oxunan: 9 nömrəli poliklinikada dərmana görə insan İZDİHAMI - VİDEO
Hazırda oxunan: 9 nömrəli poliklinikada dərmana görə insan İZDİHAMI - VİDEO
271024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.