Biləsuvarda qanunsuz fəaliyyət göstərən kafe AŞKARLANDI - FOTO

Hazırda oxunan: Biləsuvarda qanunsuz fəaliyyət göstərən kafe AŞKARLANDI - FOTO

271021

Biləsuvarda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, daxil olan vətəndaş şikayəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, "Lalə Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi"nə məxsus "Lalə" kafesində yoxlama keçirib.

Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin döşəmə, divar, tavanın və işçi masaların asan yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma və drenaj sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin