Beynəlxalq tədqiqatçılar qrupu göz damcılarının yaxın məsafəni görməni yaxşılaşdırmaq və oxu eynəklərinə olan ehtiyacı azaltmaq qabiliyyətini araşdıran genişmiqyaslı tədqiqatın nəticələrini təqdim edib.
Bizim.Media xəbər verir ki, bu preparat presbiopiya – yaşla əlaqədar yaranan və yaxın məsafəyə fokuslanmanı çətinləşdirən görmə pozuntusunu müalicə etmək üçün hazırlanıb.
Tədqiqatda 766 pasiyent iştirak edib. İlk istifadədən cəmi bir saat sonra iştirakçıların əksəriyyəti “Yeager” cədvəlində (yaxın görmə üçün istifadə olunur) bir neçə sətr artıq oxuya bilib.
Göz damlasının tərkibinə iki əsas komponent daxildir:
Pilokarpin – bəbəyi daraldır və gözün fokuslanma qabiliyyətini artırır,
Diklofenak – iltihabı və diskomfortu azaldır.
Preparat gündə iki dəfə, zərurət olduqda isə üçüncü dəfə axşam istifadə olunub.
Tədqiqatın rəhbəri, Argentinadakı Presbiopiya üzrə İxtisaslaşmış Tədqiqatlar Mərkəzinin nümayəndəsi doktor Covanna Benozza bildirib ki, yaxın görmədə yaxşılaşma sürətli olub və 2 il ərzində qorunub saxlanılıb. Orta hesabla görmə “Yeager” şkalasında 3,45 sətr yaxşılaşıb.
Alimlər qeyd edirlər ki, bu yeni metod cərrahi müdaxiləni əvəz etmir, lakin eynək taxmaqla bağlı narahatlıq və sosial məhdudiyyətlərdən xilas olmaq üçün təhlükəsiz və rahat bir alternativ ola bilər.
Tədqiqatın nəticələri Avropa Katarakta və Refraktiv Cərrahlar Cəmiyyətinin 43-cü konqresində təqdim olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:22 / 17.09.2025
Optik eynəklərə alternativ tapıldı - YENİ KƏŞF
Hazırda oxunan: Optik eynəklərə alternativ tapıldı - YENİ KƏŞF
Hazırda oxunan: Optik eynəklərə alternativ tapıldı - YENİ KƏŞF
271011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.