Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Bizim.Media xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Ford Fusion" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü C.Məlikova “saxla” işarəsi verilib.
Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Nəticədə C.Məlikovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, həmin sürücü bu ilin fevral ayında da narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində tənbeh tədbir görülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:14 / 17.09.2025
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
Hazırda oxunan: Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
271010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.