İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərlinin barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media gününsəsinfo.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Fikrət Cəfərli dörd ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev Fikrət Cəfərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Elvin Əliyev Fikrət Cəfərlinin ona sosial şəbəkədə böhtan atdığını, işgüzar nüfuzuna zərər vurduğunu iddia edərək onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:39 / 17.09.2025
Məhkəmə Fikrət Cəfərlinin həbs müddətini UZATDI
Hazırda oxunan: Məhkəmə Fikrət Cəfərlinin həbs müddətini UZATDI
Hazırda oxunan: Məhkəmə Fikrət Cəfərlinin həbs müddətini UZATDI
270992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.