Narkotik haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

Hazırda oxunan: Narkotik haqqında məlumatlılığın artırılması məqsədilə məktəblərdə seminarlar keçiriləcək

270990

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumi təhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, psixoloqları, valideynlər şurasının üzvləri və şagirdləri üçün seminarlar keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
 

Tədbirin əsas icraçısı Elm və Təhsil Nazirliyidir. Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu digər icraçı qurumlar olaraq müəyyən edilib. Seminarların təşkilinə aidiyyəti qeyri-hökumət təşkilatları da cəlb ediləcək.


Xatırladaq ki, Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin