Bakıda 84 yaşlı qadını öldürən avtobus sürücüsünə HÖKM OXUNDU

Hazırda oxunan: Bakıda 84 yaşlı qadını öldürən avtobus sürücüsünə HÖKM OXUNDU

270958

Bakıda 84 yaşlı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən avtobus sürücüsünün işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Sultanov üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.
 

İttihama görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyasının qarşısındakı yolda baş verib. 1958-ci il təvəllüdlü R.Sultanov idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu ilə yolu keçən paytaxt sakini, 84 yaşlı Yulduz Abduləzimzadəni vurub.


Nəticədə yaşlı qadın hadisə yerindəcə ölüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin