Bakıda leysanlarla bağlı yeni kollektorlar salınır

Hazırda oxunan: Bakıda leysanlarla bağlı yeni kollektorlar salınır

270956

Bakıda leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədilə bir neçə istiqamətdə yeni kollektorların salınması işlərinə başlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin payız-qış mövsümünə hazırlıq çərçivəsində gördüyü işlərlə bağlı məlumatında yer alıb. 

Qeyd olunub ki,  işlər başa çatdıqdan sonra güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.

Həmçinin bildirilib ki, şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyəsi üçün nəzərdə tutulan xətlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanıb.
 

Xidmətin təqdim etdiyi məlumata görə, tabeliyindəki Sukanal idarələri tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə yağış və tullantı su xətlərinin profilaktik yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi üzrə qabaqcadan hazırlanmış tədbirlər planına uyğun işlər görülür.


Vurğulanıb ki, Bakı Sukanal İdarəsinin balansında olan iri kollektorların yuyulması,yağlanması və tənzimlənməsi davam etdirilir. Mövsümlə əlaqədar, yağıntılar zamanı isə həmin qurğular əvvəlcədən təsdiqlənmiş rejimə uyğunlaşdırılacaq.

Yağışlar zamanı fəsadların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də gücləndirilib.

Belə ki, riskli ərazilərdə ("qırmızı nöqtələrdə") briqadalar toplanır, kanalizasiya nasos stansiyalarının fəaliyyəti, yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xəttlərin idarə olunması ciddi nəzarətdə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin