Bakıda kişi rəfiqəsigilə getmək istəyən arvadını döydü

Hazırda oxunan: Bakıda kişi rəfiqəsigilə getmək istəyən arvadını döydü

270940

Bakıda kişi rəfiqəsinin evinə getmək istəyən arvadını döyüb.

Bizim.Media xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
 

35 yaşlı Fuad Novruzov (ad və soyad şərtidir) arvadına rəfiqəsinin evinə getməyə icazə verməyib. Buna görə qadın Fuadı söyüb. Söyüşdən hiddətlənən kişi əli ilə arvadının boynuna vuraraq, xəsarət yetirib.

Faktla bağlı Fuad Novruzov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb.

Məhkəmə istintaqı zamanı tərəflər barışıblar və cinayət işinə xitam verilməsini istəyiblər.

Nizami rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Fuad Novruzov məsuliyyətdən azad edilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin